Yuxarı

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyib

​Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyiblər.

"Report" xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalına təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media kapitanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mediatur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində isə 48204 namizəd iştirak hüququ qazanıb.

Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Xatırladaq ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi