Yuxarı

Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

Son 20 ildə 6646 müəllif və hüquq sahibinin əsərləri qeydiyyatdan keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb.

Agentlikdən "Report"a bildirilib ki, 1996-cı ildən 2016-cı ilin ilk iki ayı ərzində qurumda 6646 müəllifin və hüquq sahibinin əsərləri qeydiyyatdan keçirilib və müvafiq şəhadətnamələr verilib.

Qeydiyyatdan keçirilən əsərlərin sayı isə 10391 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi