Yuxarı
    Bağlamaq

    Moskvada İlham Əliyevin prezident postuna namizədliyinə dəstək məqsədilə “Breyn-rinq” keçirilib

    RAGB-nin təşkilatçısı olduğu turnirdə tələbələrdən ibarət 18 komanda iştirak edib
    © Report

    Moskva. 10 aprel. REPORT.AZ/ Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) təşkilatçılığı ilə İlham Əliyevin Azərbaycan prezidenti vəzifəsinə namizədliyinə dəstək məqsədi ilə tələbələr arasında “Breyn-rinq” intellektual turniri keçirilib.

    "Report"un Rusiya bürosu xəbər verir ki, turnirdə Moskvanın nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin təmsil olunduğu 18 komanda iştirak edib.

    Turnirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayıb.

    "Qərb ölkələri postsovet məkanını tez-tez demokratiyanın olmamasında ittiham edir. Lakin seçkilərin özü elə demokratiya əlaməti – ədalətli vətəndaşların özünə rəhbər seçmək fürsətidir. Ona görə demokratiyanın gücü hər seçkidə daha da artır", - deyə səfir bildirib.

    Səfir qeyd edib ki, azərbaycanlıların təhsil aldığı müxtəlif ali təhsil müəssisələrinə onların Seçkilər günü məntəqələrə gələrək səs vermələrinə icazə verilməsi üçün məktub göndərilib.

    "Gənclərin səs verməsi bizim üçün çox vacibdir! Çünki gələcək sizin əlinizdədir!", - deyə Polad Bülbüloğlu bildirib.

    RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev Rusiyanın azərbaycanlı gənclərinin Prezident İlham Əliyevə dəstək ifadə olunan müraciətini oxuyub.

    MDBMİ-nin prorektoru İqor Loginov qeyd edib ki, institut Azərbaycanın hazırkı prezidentinin onun məzunu olması ilə fəxr edir.

    "B gün bizim ali təhsil müəssisəsində 80-dən çox azərbaycanlı oxuyur və biz onların gələcəyinə inanırıq", - deyə prorektor əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi