Yuxarı
    Bağlamaq

    Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanının müsahibə mərhələsi keçirilib

    İmtahanın növbəti mərhələsi 27 və 29 iyunda Moskva şəhərində aparılacaq

    Bakı. 24 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün imtahanın müsahibə mərhələsini keçirib.

    TQDK-dan "Report"a verilən məlumata görə, mayın 22-də keçirilən test imtahanında 8 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərən 5 nəfər müsahibə mərhələsinə dəvət olunub. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılıb və ən yüksək nəticə göstərən 3 nəfər müəyyən edilib və onların namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

    İmtahanın növbəti mərhələsi MDBƏU tərəfindən 27 və 29 iyunda Moskva şəhərində aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən bilikləri yoxlanacaq. “Beynəlxalq iqtisadi əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

    İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi