Misir Mədəniyyət Mərkəzinin rəhbəri Gənclər Fondunda olub

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Gənclər Fondunda olub Görüşdə iki qurum arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub
Elm və təhsil
18 Mart , 2015 21:45
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Gənclər Fondunda olub

Bakı. 18 mart. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Gənclər Fondunda görüşdə olub.

MMM-dən "Report"a verilən məlumata görə, əməkdaşlıq məqsədi daşıyan görüşdə Fondun icraçı direktoru Fərhad Hacıyev Fondun yaranma tarixindən, gənclər üçün yaradılan şəraitdən, Fondun əsas məqsədi olan elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihələrin və proqramların həyata keçirilməsindən söhbət açdı.

Sonra Misir Mədəniyyət Mərkəzinin müdiri  Azərbaycandakı 15 illik fəaliyyətindən, Mərkəzin fəaliyyət istiqamətlərindən bəhs etdi. Söhbət zamanı tərəflər hər iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın yaradılmasından, bunun Azərbaycan və Misir gəncləri üçün, onların hər iki ölkənin mədəniyyətini, tarixini daha yaxından tanıması, elm və təhsil sahəsində əməkdaşlıq, birgə həyata keçirilməsi mümkün olan layihələr müzakirə olundu. Misir Mədəniyyət Mərkəzinin müdiri həmçinin Bakının ev sahibliyi edəcək 2015 Avropa oyunlarında Misirdən jurnalistlərdən ibarət nümayəndə heyətinin də iştirak edəcəyi barədə məlumat verdi. 

Son xəbərlər

Orphus sistemi