Yuxarı

Minskin kitab sərgisində Azərbaycan və Belarus arasında bir sıra müqavilələr imzalanıb

Sənədlər Belarus İnformasiya Nazirliyinin Zvezda Nəşriyyat evi və Azərbaycanın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi arasında imzalanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Belarus İnformasiya Nazirliyinin "Zvezda" Nəşriyyat evinin direktoru Aleksandr Karlyukeviçlə Azərbaycanın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev arasında birgə layihələrlə bağlı müzakirələr aparılıb, müqavilələr imzalanıb.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Görüş Tərcümə Mərkəzinin də iştirak etdiyi Minskdə keçirilən Beynəlxalq Kitab Sərgisində baş tutub.

Qeyd edək ki, fevralın 14-dək davam edəcək sərgidə bu gün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təqdimatı, həmçinin, Azərbaycanla Belarus arasında ədəbi əlaqələrin inkişafına dair geniş tədbir baş tutub.

Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Belarusdakı diaspor cəmiyyətinin nümayəndələri, Belarusun və Rusiyanın tanınımış yazıçı və naşirləri iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi