​Mingəçevir Dövlət Universitetində radikal dini ideyaların dövlətçiliyə zərərləri müzakirə olunub

​Mingəçevir Dövlət Universitetində radikal dini ideyaların dövlətçiliyə zərərləri müzakirə olunub Multikulturalizm siyasətinin alternativinin olmadığı vurğulanıb
Elm və təhsil
21 Yanvar , 2016 11:30
​Mingəçevir Dövlət Universitetində radikal dini ideyaların dövlətçiliyə zərərləri müzakirə olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Mingəçevir Dövlət Universitetində (MDU) “İslam dəyərlərinin qorunması və radikal dini ideyaların dövlətçiliyə və insanlığa qarşı yanlışlığı” mövzusunda konfrans keçirilib.

Bu barədə “Report”a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Mingəçevir şəhər icra hakimiyyəti, Mingəçevir şəhər Prokurorluğu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə MDU-nun rektoru Akif Hacıyev açıb.

Çıxışlarda multikulturalizm siyasətinin alternativinin olmadığı, bəşəriyyətin təhlükəsiz gələcəyinə hesablandığı və multikulturalizmin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğu vurğulanıb.

“Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənnlərinin Azərbaycanın 19 ali təhsil müəssisəsində və 11 xarici dövlət universitetində tədris olunmasının gənc nəslin tolerantlıq və multikultural dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində əhəmiyyətli rolu qeyd edilib.

2015-2016-cı tədris ilinin I semestrində MDU-nun bakalavr hazırlığı qruplarında “Multikulturalizmə giriş” fənninin tədrisində xeyli nailiyyətlər əldə edildiyi qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi