Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarovun qəbul vaxtı dəyişdirilib

    Yanvarın 12-nə nəzərdə tutulan qəbul üçün qeydiyyatdan keçən vətəndaşlar yanvarın 26-da qəbul ediləcəklər

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun yanvarın 12-nə nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

    Belə ki, təhsil naziri Mikayıl Cabbarov yanvarın 26-da, saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

    Qəbula gəlmək istəyən vətəndaşlar 22 və 23 yanvar tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

    Xatırladaq ki, yanvarın 12-nə nəzərdə tutulan qəbul üçün qeydiyyatdan keçən vətəndaşlar yanvarın 26-da qəbul ediləcəklər.

    Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi