​Mikayıl Cabbarov: “Yeni tədris ilinə hazırıq”

​Mikayıl Cabbarov: “Yeni tədris ilinə hazırıq” “Dərsliklərlə təminatda da çətinlik gözləmirik”
Elm və təhsil
14 Sentyabr , 2015 13:37
​Mikayıl Cabbarov: “Yeni tədris ilinə hazırıq”

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Yeni tədris ilinə hazırlıq tam həyata keçirilib”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkə ərazisində onlarla məktəb, o cümədən, Bakı şəhərində bir sıra məktəblər yenidən tikilib, yaxud əsaslı şəkildə təmir olunub: “Son günlərdə dövlət başçısı da həmin məktəblərdən bir neçəsinə baş çəkib. Bilirsiniz ki, son illər Azərbaycanda müsbət demoqrafik vəziyyət müşahidə olunduğundan, ildən-ilə birinci sinfə gedənlərin sayı artır. Bu da dövlətimizin, vətənimizin güclənməsi deməkdir. Ona görə də təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri də tam həcmdə ibtidai siniflərdə uşaqların tədrisi üçün zəruri şəraitin yaradılmasıdr. Dərsliklərlə təminatda da çətinlik gözləmirik”.

Onun sözlərinə görə, tədris ilinin ilk həftələrində monitorinq aparılması üçün xüsusi qrup yaradılır ki, dərslik təminatı ilə bağlı problem yaranarsa, operativ şəkildə həll olunsun. Nazir bu il 2 mindən çox yeni müəllimin işə qəbul olunduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi