Yuxarı

Mikayıl Cabbarov Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi barədə əmr imzalayıb

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrin imzalanmasında məqsəd təhsil müəssisələrində Xocalı soyqırımının 23-cü ildönümünün qeyd olunmasını təmin etməkdir.

Əmrə əsasən, Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilməlidir. Həmçinin Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ilk-peşə və orta ixtisas, ali təhsil, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan tədbirlər müəyyənləşdirib həyata keçirməli, əmrin icrası ilə bağlı görülən işlər barədə martın 2-dək nazirliyə hesabat təqdim etməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi