Yuxarı

Mikayıl Cabbarov: "Təhsil sahəsində Rusiya və Azərbaycan arasındakı əməkdaşlıq qədim köklərə malikdir"

Təhsil naziri: Müasir dövrdə Azərbaycan və Rusiya təhsil sahəsində fəal əməkdaşlıq edir

Bakı. 13 aprel. REPORT.AZ/ "Təhsil sahəsində Rusiya və Azərbaycan arasındakı əməkdaşlıq iki ölkə arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq ənənələri kimi qədim köklərə malikdir".

"Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bunu Moskvada Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) prezidenti Yefim Pivovarla birgə mətbuat konfransı keçirən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir müasir dövrdə də iki ölkənin təhsil sahəsində fəal əməkdaşlıq etdiyini xatırladaraq Azərbaycan və Rusiyanın təhsil sistemlərinin bir-birinə qarşılıqlı təsiri dərəcəsinə diqqət çəkib.

"Azərbaycanda ali məktəb səviyyəsində Rusiya ali təhsil ocaqlarından ikisinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı var. Rusiyada isə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd şəhərində filialı var. Rusiya Dövlət Humanitar Universiteti ilə bizi çox yaxın və uzun müddətli əlaqələr bağlayır", - deyə M.Cabbarov bildirib.

Qeyd edək ki, səfər çərçivəsində nazir Rusiya Dövlət Humanitar Universitetində olaraq müəllim heyəti ilə tanış olub və ali məktəbin rəhbərliyi ilə danışıqlar aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi