Mikayıl Cabbarov respublika şahmat festivalının keçirilməsi barədə əmr imzalayıb

Mikayıl Cabbarov respublika şahmat festivalının keçirilməsi barədə əmr imzalayıb Festival aprel-may aylarında keçiriləcək
Elm və təhsil
10 Mart , 2016 18:14
Mikayıl Cabbarov respublika şahmat festivalının keçirilməsi barədə əmr imzalayıb

Bakı. 10 mart. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov respublika şahmat festivalının keçirilməsi barədə əmr imzalayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların təsnifat dərəcələrini artırmaq, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaqdır.

Əmrə əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalı aprel - may aylarında keçiriləcək.

Ona qədər festivalın Əsasnaməsi təsdiq edilməlidir. Festivalın təşkili və keçirilməsinə ümumi rəhbərlik “Təhsil” Respublika İdman Mərkəzinə həvalə edilib.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub. Bundan başqa, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2016-cı il üçün iş planı da təsdiq edilib. Planla tanış olmaq üçün bu linkə (http://edu.gov.az/upload/file/emre-elave/2016/136/136-sayli-emre-elave.pdf) daxil ola bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi