Mikayıl Cabbarov qəzada ölən tələbələrin ailələrinə başsağlığı verib

Mikayıl Cabbarov qəzada ölən tələbələrin ailələrinə başsağlığı verib “Hadisə zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram”
Elm və təhsil
9 Mart , 2017 11:51
Mikayıl Cabbarov qəzada ölən tələbələrin ailələrinə başsağlığı verib
Report.az

Bakı. 9 mart. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında Sumqayıt Dövlət Universitetinin tələbələrinin ölümü ilə bağlı başsağlığı verib.

“Report”un məlumatına görə, başsağlığında deyilir:

“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin vəfat edən tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm. Hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram”.

Son xəbərlər

Orphus sistemi