Mikayıl Cabbarov: “Məktəb proqramları vaxtaşırı yenilənməli, Ana dili və riyaziyyatın tədrisinə xüsusi önəm verilməlidir"

Mikayıl Cabbarov: “Məktəb proqramları vaxtaşırı yenilənməli, Ana dili və riyaziyyatın tədrisinə xüsusi önəm verilməlidir" Təhsil naziri: “Xarici dillərin tədrisinə ayrılan saatlar artırılmalıdır”
Elm və təhsil
3 May , 2017 12:01
Mikayıl Cabbarov: “Məktəb proqramları vaxtaşırı yenilənməli, Ana dili və riyaziyyatın tədrisinə xüsusi önəm verilməlidir
Report.az

Bakı. 3 may. REPORT.AZ/ “Məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsaslarını dərindən öyrədilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, ibtidai təhsildə məntiqi düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsi əsas məsələ olmalı, Ana dili və riyaziyyatın tədrisinə xüsusi önəm verilməlidir: “Fənn kurikulumlarının valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də güclənməlidir. Xarici dillərin tədrisinə də xüsusi diqqət verilməli, onlara ayrılan saatlar artırılmalıdır”.

Nazir bildirib ki, hazırda əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələrin ümumi əsasalarla qurulmasıdır: “Müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalanmalıdır. Qloballaşma şəraitində gənclərin bir neçə dil bilməsi olduqca əhəmiyyətlidir. Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKT texnologiyalarının ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi töhfə sənaye sahəsinin verdiyi töhfədən bir neçə dəfə çoxdur. Ona görə də İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir. Gənclər əsil vətəndaş kimi formalaşdırılmalı, hər bir məktəblidə vətənə məhəbbət hissi, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzmi olmalıdır. Onların bu ruhda tərbiyə olunması üçün milli ruh, milli özünüdərketmə hisslərinin aşılanması mühüm əhəmiyyət kəsb edir”. 

Son xəbərlər

Orphus sistemi