Bakı. 7 iyul. REPORT.AZ/ "Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb".
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin Məzun günündə deyib.
Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.