Mikayıl Cabbarov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb

Mikayıl Cabbarov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Elm və təhsil
21 Oktyabr , 2015 13:13
Mikayıl Cabbarov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Həmçinin müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır. 

Son xəbərlər

Orphus sistemi