Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılması təklif olunur.
Elm və təhsil
12 Yanvar , 2018 11:59
Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılması təklif olunur.

“Report” xəbər verir ki, yeni qaydalar təsdiq olunarsa, hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s. yazılacaq.

Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılacaq: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s.

Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Layihə təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi