Yuxarı
    Bağlamaq

    “Məmməd Əmin Rəsulzadə. Şəxsiyyət və fəaliyyətlər” kitabı Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib

    Nəşrdə filologiya elmləri doktoru, professor Həsən Quliyevin M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunan əsərləri toplanıb

    Bakı. 27 dekabr. REPORT.AZ/ “Məmməd Əmin Rəsulzadə. Şəxsiyyət və fəaliyyətlər” kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil edilib.

    Kitabxananın İctimaiyyətlə əlaqələr bölməsindən "Report"a verilən məlumata görə, kitab Prezident İlham Əliyevin “Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü ilin noyabrın 22-də imzaladığı sərəncamına uyğun olaraq çap edilib.

    Nəşrdə filologiya elmləri doktoru, professor Həsən Quliyevin M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunan müxtəlif ədəbi janrlarda (pyes, kinopovest və s.) yazdığı əsərləri toplanıb. 

    Azərbaycanın milli, mədəni, elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırıcılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi və təhlükəsizliyinin qorunması məqsədilə bu əsər AMEA Mərkəzi Elmi Kitabxanasının “Milli Rəqəmsal Yaddaş” (MRY) bazasına daxil edilib. 

    Bundan başqa, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun “Tofiq Kazımovun rejissor dərsləri” kitabı və Cəmilə Həzənzadə və Ağasəlim Əfəndiyevin “Şöhrətin dörd əsri: XIII-XVI əsrlərdə Azərbaycan Miniatür Rəssamlığı” kitabları da AMEA Mərkəzi Elmi Kitabxanasına təqdim edilib və “Milli Rəqəmsal Yaddaş” bazasına salınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi