Yuxarı

Memarlıq və İnşaat Universitetində "Açıq qapı" günü keçiriləcək

Görüşdə universitetlə tanışlıq, professor-müəllim heyəti ilə söhbətlər, ixtisaslar və onların respublika üçün əhəmiyyətindən danışılacaq

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universiteti I, II və V ixtisas qrupuna daxil olmaq istəyən abituriyentləri mayın 21-i saat 11.00-da təşkil olunacaq "Açıq qapı" gününə dəvət edir.

"Report" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi səhifəsinə istinadən xəbər verir ki, görüşdə universitetlə tanışlıq, professor- müəllim heyəti ilə söhbətlər, ixtisaslar və onların respublika üçün əhəmiyyətindən danışılacaq.

Əlaqə telefonları: (012) 538-94-63 , (012) 539-07-25

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi