Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə qəbul planını doldurmaq üçün balların aşağı salınması məsələsinə münasibət bildirib

    Keçən il vakant yerlərin sayı müsabiqəyə buraxılan uşaqların sayından çox idi

    Bakı. 29 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrində qəbul planını doldurmaq üçün balların aşağı salınması məsələsinə münasibət bildirib.

    "Report"un məlumatına görə, Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində bildirib ki, komissiya balları azaltmır, sadəcə müsabiqədə iştirak etmək üçün minimal tələbləri sadələşdirir: "Ötən ildən başlayaraq bu prosesə Təhsil Nazirliyi də öz töhfəsini verdi. Nazirlik ali məktəblərdə olan vəziyyəti araşdırıb. Nəticədə məlum olub ki, müəyyən ixtisaslarda aşağı nəticə ilə daxil olan uşaqlar akademik nəticə əldə edə bilmirlər və belə qəbul olunub ki, həmin ixtisaslara ən azı 200-250 baldan yuxarı nəticə göstərənlər qəbul olunsun. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bunu çox yaxşı qəbul etdi və keçən il tətbiq etdi".

    Sədrin sözlərinə görə, keçən il müəyyən ixtisaslarda abituriyentlərin göstərdiyi nəticə ilə vakant yerlərin sayı uyğun gəlməyib: "Keçən il vakant yerlərin sayı müsabiqəyə buraxılan uşaqların sayından çox idi. Bu səbəbdən də keçid balı həmin ixtisaslarda 150 bala salındı. Təbii ki, bu, ödənişli təhsilə aiddir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi