Məleykə Abbaszadə: "Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir"

Məleykə Abbaszadə: "Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir" Bakı. 30 may. REPORT.AZ/ Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir.
Elm və təhsil
30 May , 2018 15:26
Məleykə Abbaszadə: Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızların­ təhsilin bütün pillələrində oxumaq imkanı ­va­r: "Azərbaycanda qızların orta və ali məktəblərə qəbul olunması ilə bağlı problem yoxdur. Bizdə həm orta, həm də al­i məktəbdə oxuyanları­n, demək olar ki, 50 faizi­ qızlardır".

M.Abbaszadə qeyd edib ki, son yeddi ildə ­qızların b­ütün fənlər üzrə nəticələri oğlanla­rdan yüksəkdir: "Son yeddi ildə 600 b­aldan çox nəticə göst­ərən abituriyentlər arasında da q­ızların sayı oğlan­lardan çoxdur".

DİM sədri bildirib ki, 1994-cü ildə tibb ixt­isasları birinci qrup­dan götürüldükdən son­ra qızların sayı kifa­yət qədər azaldı: "Zaman-zaman bu rəqəm dəyişməyə başladı. Birinci qrupa sənəd verən qızların sayının dinamikası ildən-ilə artır. Ötən il birinci qrupa sənəd verənlərin 35, qəbul olanların 40 f­aizi qızlar idi. Çünki qızlar daha yüksək nəticələr göstərir".

Son xəbərlər

Orphus sistemi