Yuxarı

Məleykə Abbaszadə: "Son sınaq imtahanının nəticələrindən tam razı deyilik"

Məleykə Abbaszadə: "Son sınaq imtahanının nəticələrindən tam razı deyilik"

Bakı. 17 noyabr. REPORT.AZ/ "Ötən ay, oktyabrda 11-ci sinif şagirdləri üçün keçirilən sınaq imtahanının nəticələrindən tam razı deyilik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, sınaq imtahanı 11-ci sinfin proqramını tam əhatə etmirdi: "10-cu sinfin bazası əsasında sınaq imtahanı keçirdik. Belə sınaq imtahanı yazda da keçiriləcək. Bu zaman 11-ci sinif standartlarına aid olan yeni tapşırıqlardan da istifadə olunacaq. Bu, ilkin imtahan idi. Nəticələrdən tam razı olduğumuzu deyə bilmərik. Amma humanitar sahədə olan nəticələr elə də pis deyil. Biz bunu monitorinq imtahanının nəticələrində də görürdük. Ana dilindən olan nəticələr ildən-ilə yaxşılaşır. Amma texniki fənlərdən, xüsusilə riyaziyyatdan olan nəticələr bizi o qədər də qane etmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi