Məleykə Abbaszadə Qobustanda vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə Qobustanda vətəndaşlarla görüşəcək Qəbul martın 10-da rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında olacaq
Elm və təhsil
2 Mart , 2017 14:58
Məleykə Abbaszadə Qobustanda vətəndaşlarla görüşəcək

Bakı. 2 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qobustan rayonunda vətəndaşlarla görüşəcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, görüşdə Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qobustan rayonunda qəbul mart ayının 10-da saat 11:00-da Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında (Ünvan: Qobustan ş. H.Əliyev prospekti ) olacaq.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə (ünvan: Göyçay ş. R. İsayev k., 43, əlaqə telefonu: (020) 274 66 74) şəxsiyyət vəsiqəsilə birlikdə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi