Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir"

    Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi baza yaratmalıyıq© Report.az

    Bakı. 10 iyul. REPORT.AZ/ "Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi baza yaratmalıyıq". 

    "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.

    O bildirib ki, dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir: "Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur".

    M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzininin məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etmək, imtahan prosesini daha çevik etməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi