Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbulda prosedurlar sadələşdirilməlidir"

    Hazırda qəbul zamanı şəffaflığı təmin etmək üçün müvafiq mühit yaratmışıq

    Bakı. 14 fevral. REPORT.AZ/ “Əvvəllər insanlar daha çox yüksək məvacibi olan sektora üz tuturdular. Dövlət qulluğunda məvacib yüksək omadığından həmin sahələrə maraq göstərmirdirlər. Lakin son bir neçə ildə bu sahədə şəffaflığın, eləcə də bu işin nüfuzunun artması dövlət qulluğuna gəlmək istəyənlərin sayının artmasına zəmin yaradıb”.

    “Report” xəbər verir ki, bunu bunu Avropa İttifaqının “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində Dövlət İmtahan Mərkəzinin (DİM) DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    O bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir: “Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək. Hazırda qəbul zamanı şəffaflığı təmin etmək üçün müvafiq mühit yaratmışıq. Proses davam etməlidir. Bütün mərhələlərdə vətəndaş məmur əlaqələri minimuma endirilib. Dövlət qulluğuna qəbul sistemində bütün vətəndaşların vəziyyəti nəzərə alınmalıdır".

    M.Abbaszadə əlavə edib ki, sovet dövründə təhsilin məzmunu müasir tələblərə cavab vermirdi: “Ona görə də gənclər əmək bazarına daxil olandan sonra müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmununun müasir standratlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələblərə cavab verməsi və standartlara uyğunluğu vacib məsələdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi