Məleykə Abbaszadə Biləsuvarda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Biləsuvarda vətəndaşları qəbul edəcək Yanvarın 29-da keçiriləcək qəbul rayonda yerləşən Heydər Əliyev Mərkəzində olacaq
Elm və təhsil
21 Yanvar , 2016 09:40
Məleykə Abbaszadə Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yanvarın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. TQDK-dan "Report"a verilən məlumata görə, rayonda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Lənkəran regional bölməsinə müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon təhsil şöbələrinə də müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi