Yuxarı
    Bağlamaq

    Məktəblilərin payız tətili başa çatıb

    Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə verilən payız tətili başa çatıb. 

    "Report" xəbər verir ki, tətil noyabrın 16-dan 21-dək davam edib.

    Tədris ilinin 5 günlük qış tətili gələn ilin yanvarın 27-dən 31-dək olacaq.

    Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi