Yuxarı

Məktəblilərin payız tətili başa çatıb

Məktəblilərin payız tətili başa çatıb
Onların növbəti - qış tətili yanvar ayında olacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün 2017-2018-ci dərs ilinin ilk tətili başa çatıb.

"Report"un məlumatına görə, 5 günlük (16-20 noyabr) payız tətilindən sonra məktəblilər bu gündən dərsə gedəcəklər.

Bu tədris ilində şagirdlər üçün 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin, Yeni ildə 5 gün – 30-31 dekabr və 1-3 yanvar tarixlərində iş olmayacaq. Ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər də dərsə getməyəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi