Yuxarı

Məktəblilər arasında keçirilən fənn müsabiqələri yekunlaşıb

Yanvarın 15-də müsabiqə qalibləri mükafatlandırılacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələri yekunlaşıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, yanvarın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

Tədbirdə həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Riyaziyyat fənni üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıtın 34 məktəbi təmsil olunub. Bu məktəblər VI, VII və VIII siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə bilik yarışına qatılıb.

Fizika, kimya və biologiya fənn müsabiqələrində Bakı və Sumqayıt şəhərləri üzrə 29 məktəbdən 261 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, məktəblər VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 şagirddən ibarət komanda ilə təmsil olunub.

Fizika-riyaziyyat və informatika, Kimya və biologiya təmayüllü liseylərdə 3 mərhələdə keçirilən müsabiqələrdə ümumilikdə 531 şagird iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi