Yuxarı
    Bağlamaq

    Məktəblərdə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək

    Dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaq

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək.

    İdarədən “Report”a verilən məlumata görə, dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

    Dərslər gələn ilin yanvar-may aylarında paytaxtın 12 rayonu üzrə 37 mərkəzdə tədris olunacaq. Dərslərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 305, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 18 və paytaxtda yerləşən məcburi köçkün məktəblərində təhsil alan 20 741 nəfər XI sinif şagirdi iştirak edəcək.

    Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaq.

    Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi