Məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris planı təsdiqlənib

Məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris planı təsdiqlənib Mikayıl Cabbarov bununla bağlı əmr imzalayıb
Elm və təhsil
17 Sentyabr , 2016 09:26
Məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris planı təsdiqlənib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planını təsdiq edib.

“Report”un xəbərinə görə, nazir bununla bağlı əmr imzalayıb.

Məqsəd ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrə əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilməlidir.

Qeydlərə görə, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr.

Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün әn azı 10, şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün әn azı 15 uşaq müәyyәnlәşdirilir. Ümumilikdə isə uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.

Bundan başqa, mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır.

Mәktәbәhazırlıq mәşğәlәlәri hәftәdә 4 (dörd) gün keçilir. Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә bir qayda olaraq 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәrә davamiyyәt vә tәdris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların tәlim nailiyyәtlәri şifahi formada qiymәtlәndirilir vә bu barәdә valideynlәrә mәlumat verilir.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılır.

Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür:

- I yarımil: 1 oktyabr - 26 yanvar;

- II yarımil: 1 fevral - 31 may.

Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur:

- 5 gün payız tәtili (16-20 noyabr);

- 5 gün qış tәtili (27-31 yanvar);

- 5 gün әlavә tәtil (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi