Yuxarı

​Məktəb direktoru olmaq istəyənlər üçün yeni şans yaranıb

Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu keçiriləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə YUNİSEF və Xəzər Universiteti tərəfindən "Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim" kursu keçiriləcək. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Təlimlər 7 moduldan ibarət olmaqla üç ay davam edəcək. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunacaq.

Bundan əlavə, iştirakçılardan gələcəkdə Xəzər Universitetində magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər üçün 5 (ECTS) kredit veriləcək. Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi