Məktəb direktorlarının işə qəbul qaydaları dəyişdirilib

Məktəb direktorlarının işə qəbul qaydaları dəyişdirilib Namizədlərdən əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq da tələb olunacaq
Elm və təhsil
18 Mart , 2016 13:44
Məktəb direktorlarının işə qəbul qaydaları dəyişdirilib

Bakı. 17 mart. REPORT.AZ/ Təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək.

“Report”un xəbər verir ki, bu barədə nazirlikdə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı keçirilən mətbuat konfransında bildirilib.

Nazirliyin İnsan resursları şöbəsinin rəhbəri İlham Nağıyev deyib ki, 4 mərhələdən ibarət olan müsabiqə mart-aprel ayları ərzində baş tutacaq. Yeni qaydalarda direktorların işə qəblu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yenilklər nəzərdə tutulub. Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər.

Şöbə rəhbəri bildirib ki, qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər.

Əlavə olaraq, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “uğur sertifikatı” əldə edən şəxslər birbaşa müsabiqənin dördüncü mərhələsinə keçəcəklər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur. 

Son xəbərlər

Orphus sistemi