​Meksika səfiri Baki Dövlət Universitetində olub

​Meksika səfiri Baki Dövlət Universitetində olub Tərəflər təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
Elm və təhsil
20 May , 2016 22:57
​Meksika səfiri Baki Dövlət Universitetində olub

Bakı. 20 may. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, rektor universitetin fəaliyyət və strukturundan məlumat verib, onun tarixi və xarici ali təhsil ocaqları ilə əməkdaşlığından danışıb. Diqqətə çatdırılıb ki, 100 illiyini qeyd edəcək universitet ölkənin ilk ali təhsil ocağı sayılır.

Səfir Labardini, öz növbəsində, ikitərəfli münasibətlər və hər iki ölkə səfirliklərinin açılması nəticəsində əlaqələrin inkişafı dinamikasından söz açıb. Bundan əlavə, diplomat minilliklər boyu zənginləşən milli mədəniyyətlərimizdə oxşarlıqları nəzərə çatdırıb və onların qarşılıqlı tanıtım və yaxınlaşmaya öz müsbət təsirini vurğulayıb.

Tərəflər Bakı Dövlət Universiteti ilə Meksikanın Anauak del Sur Universiteti arasında əlaqəliri və müxtəlif elmi sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə, həmçinin, ikitərəfli əməkdaşlığa töhvə verəcək hər iki ölkənin ali təhsil ocaqları arasında münasibətlərin gələcək inkişafına dair fikirlər ifadə olunub.

Son xəbərlər

Orphus sistemi