Nazir müavini: "Bu gün hələ də bəzi məktəblərdə elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük"

Nazir müavini: "Bu gün hələ də bəzi məktəblərdə elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük" Valideyni məktəbə yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə uşağının səhnədə necə çıxış etdiyinə baxmaq üçün çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir.
Elm və təhsil
15 Oktyabr , 2019 13:54
Nazir müavini: Bu gün hələ də bəzi məktəblərdə elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük

"Valideyni məktəbə yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə uşağının səhnədə necə çıxış etdiyinə baxmaq üçün çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, əvvəlki dövrlərlə müqayisədə bu gün valideynləri məktəblərə cəlb etmək çətinləşib: "Bunun da obyektiv və subyektiv səbəbləri var. Valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər. Valideyinləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişə bilərik. Bu mənada, məktəblərdən yeni yanaşmalar və modellər gözləyirik. Valideynlərin diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır".

Nazir müavini qeyd edib ki, bəzən valideynlərin övladlarının ixtisas seçimlərinə müdaxiləsi görülür: "Valideynlər əgər müasir dövrün tələblərini, gələcəkdə əmək bazarının ehtiyaclarını bilsə, sözsüz ki, təhsilə də münasibətləri dəyişəcək. Təəssüf ki, bu gün hələ də bəzi məktəblərdə sinif otaqlarında elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük. Halbuki lövhə böyük imkanlar daşıyıcısıdır. Bu mənada, bunu həm direktor bilməli və valideynlərin diqqətinə çatdırmaq lazımdır. Bu gün valideyn övladı evə gələndə "aç gündəliyinə baxım, görüm neçə qiymət almısan" sualını verməməlidir. Başa düşməlidir ki, qiymətdən vacib onun uşağının dərs zamanı yiyələndiyi bilik və bacarığın səriştəsidir". 

Son xəbərlər

Orphus sistemi