"Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".
"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesini idarə edir və ona cavabdehlik daşıyır: "Direktor öz fəaliyyətini ölkəmizin qanunlarına uyğun qurur. Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa,
M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi məktəblərin idarə olunmasına ciddi şəkildə nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də sağlam psixoloji mühitin, məktəb-valideyn münasibətlərinin yaradılmasının vacibliyini başa düşüb işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir".