Təhsil İdarəsinin müdiri: “Bakıda tədrisin xüsusi təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı müəyyənləşib”

Təhsil İdarəsinin müdiri: “Bakıda tədrisin xüsusi təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı müəyyənləşib” “Məktəblər təmayül və tam orta ümumtəhsil məktəbləri kimi fəaliyyət göstərəcək”
Elm və təhsil
10 Mart , 2017 13:43
Təhsil İdarəsinin müdiri: “Bakıda tədrisin xüsusi təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı müəyyənləşib”
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ "Bakı şəhərində tədrisin xüsusi təmayüllər üzrə təşkil olunacağı məktəblərin siyahısı müəyyənləşib".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bəzi məktəblərdə tədrisin təmayüllər üzrə təşkil olunması həmin məktəblərin 11 illik olacağı və tam orta təhsil verəcəyi, digər məktəblərin ümumi orta təhsil verəcəyi anlamına gəlmir: "Qətiyyən bizim elə bir niyyətimiz yoxdur. Hələ ki, növbəti tədris ilində belə bir dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bəlkə ayrı-ayrı Bakı ətrafı qəsəbələrdə, əhalinin az məskunlaşdığı ərazilərdə bu məsələlərə baxıla bilər. Hazırda isə məktəblər təmayül və tam orta ümumtəhsil məktəbləri kimi fəaliyyət göstərəcək".

İdarə müdiri bildirib ki, təmayül məktəblərin tam orta ümumtəhsil məktəblərindən fərqi tədrisin təmayüllər üzrə təşkil olunmasındadır: "Tam orta ümumtəhsil məktəblərində isə adi qaydada ümumtəhsil siniflər fəaliyyət göstrəcək. Təmayül məktəblərlə bağlı məsələ əsasən bölgələrə və regionlara aiddir. Əsasən kənd məktəblərində bu hallara çox rast gəlinəcək".

Son xəbərlər

Orphus sistemi