Yuxarı

Mayın 27-dəki sınaq imtahanında iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb

Mayın 27-dəki sınaq imtahanında iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb
İmtahanların idarə edilməsi üçün 154 imtahan rəhbəri, 1498 nəzarətçi-müəllim ayrılıb
© Report

Bakı. 25 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də ölkənin 29 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa, Şərur şəhər və rayonlarında, ümumilikdə 59 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24 584 abituriyent qeydiyyatdan keçib.

İmtahanların idarə edilməsi üçün 154 imtahan rəhbəri, 1498 nəzarətçi-müəllim ayrılıb.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi