Yuxarı

Astronomlar: "Mars və Yer bu həftə maksimum yaxınlaşacaq"

Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək

Bakı. 19 may.REPORT.AZ/ Bu həftə Yer sakinləri sapsarı "ulduz"u yaxından izləyə biləcəklər. "Report" Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, Mars 10 il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq.

Astronomlar iddia edirlər ki, qırmızı və mavi planetlər arasında məsafə 76 milyon kilometr təşkil edəcək. 

Alimlər Marsın yeni, daha dəqiq görüntüsünü almağa ümid edirlər.

Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. 

Planetlər arasında ən yaxın məsafə mayın 30-da olacaq. Lakin bu rekord deyil, 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən az olub. Bu rekord 2018-ci ilin iyulunda təkrar oluna bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi