Yuxarı
    Bağlamaq

    Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

    Bakı. 5 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 3-də 2018/2019-cu tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb. 

    "Report"un məlumatına görə, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15 keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

    Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    İmtahanda 8151 bakalavr iştirak edib. 34 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 2 nəfər ən yüksək nəticə ‑ 138 bal toplayıb. Qeyd edək ki, toplanıla biləcək maksimal bal 150-dir.

    Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi