Dövlət İmtahan Mərkəzinin 2019/2020-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, imtahanda iştirak edən bakalavrlar DİM-in internet saytında
İmtahanda 8559 bakalavr iştirak edib. 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 1 nəfər ən yüksək nəticə 147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Müsabiqə şərtləri ilə