Azərbaycanda magistraturaya proqram seçimi başlanıb

Azərbaycanda magistraturaya proqram seçimi başlanıb Proqram seçimində qəbul imtahanın I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrlar iştirak edə biləcək
Elm və təhsil
31 Mart , 2015 16:02
Azərbaycanda magistraturaya proqram seçimi başlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi prosesinə başlayıb. 

TQDK-dan "Report"a verilən məlumata görə, magistraturaya proqram seçimində qəbul imtahanın I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrlar iştirak edə bilər.

Bakalavrlar ilk növbədə bitirdiyi bakalavr ixtisasına müvafiq qəbul proqramını müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq. "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi aprelin 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi