Yuxarı
    Bağlamaq

    Magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların vaxtı açıqlanıb

    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları isə 5, 12, 19 aprel və 3 mayda aparılacaq

    Bakı. 23 yanvar. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün magistratura və rezidentura səviyyələrinə keçiriləcək imtahanların və tədbirlərin, eləcə də bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının plan-qrafikini açıqlayıb. 

    "Report" xəbər verir ki, qrafikə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu cari ilin fevral ayının 3-dən 12-nə kimi aparılacaq. Eyni zamanda, I mərhələ üçün qəbul imtahanı fevralın 22-də, proqram seçimi 1-10 apreldə, II mərhələ üçün qəbul imtahanı 26 apreldə, ixtisaslaşma seçimi 7-12 mayda, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 22-28 iyunda olacaq.

    Qrafikdə həmçinin ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbulla bağlı məlumatlar da yer alıb. Belə ki, rezidentura səviyyəsinə ərizə qəbulu fevralın 16-dan 23-nə kimi aparılacaq. Eyni zamanda, I mərhələ üçün qəbul imtahanı martın 15-də, II mərhələ üçün qəbul imtahanı iyulun 7-də, ixtisaslaşma seçimi 10-14 iyul, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 21-24 iyulda olacaq.

    Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları isə 5, 12, 19 aprel və 3 mayda aparılacaq.

    Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları təsdiq edildikdən sonra bu təhsil müəssisələrinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki elan ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi