Lütfi Zadənin dəfnindən 6 ay ötür

Lütfi Zadənin dəfnindən 6 ay ötür Məşhur alimin qəbirüstü abidəsi hələ qoyulmayıb
Elm və təhsil
29 Mart , 2018 15:54
Lütfi Zadənin dəfnindən 6 ay ötür
Report/ Elchin Murad

Bakı. 29 mart. REPORT.AZ/ Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçib.

"Report"un əməkdaşları mərhum alimin məzarına baş çəkib. Məlum olub ki, məşhur alimin qəbirüstü abidəsi hələ qoyulmayıb.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakı şəhərində anadan olub. 96 yaşlı Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Orphus sistemi