Yuxarı
    Bağlamaq

    ​Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb

    Vilnüs Universitetində isə Azərbaycan multikulturalizmi ilə bağlı birdəfəlik mühazirə oxunub

    Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin növbəti dəfə tədrisinə başlanıb.

    Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

    Fənni filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova tədris edir. Fənnin 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulub.

    Pedaqoq, həmçinin, Vilnüs Universitetində də Azərbaycan multikulturalizmi ilə bağlı birdəfəlik mühazirə oxuyub. Mühazirədə İtaliya, Ukrayna, Türkiyə, İspaniya və Rusiyadan olan tələbələrlə yanaşı Litva Pedaqoji Universitetinin prorektoru Kestutis Salaveyus və universitetin departament rəhbəri Loreta Xodzkien də iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi