Lənkəranın Şıxakəran kəndində yeni məktəb binası tikiləcək

Lənkəranın Şıxakəran kəndində yeni məktəb binası tikiləcək Bakı. 15 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Elm və təhsil
15 Oktyabr , 2018 18:15
Lənkəranın Şıxakəran kəndində yeni məktəb binası tikiləcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Lənkəran rayonunun Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi