Lənkəranda müəllim barədə polisə şikayət edən direktor Təhsil Nazirliyinə çağırılıb

Lənkəranda müəllim barədə polisə şikayət edən direktor Təhsil Nazirliyinə çağırılıb Bakı. 24 may. REPORT.AZ/ Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə barədə polisə şikayət edən həmin məktəbin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.
Elm və təhsil
24 May , 2018 12:29
Lənkəranda müəllim barədə polisə şikayət edən direktor Təhsil Nazirliyinə çağırılıb
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə barədə polisə şikayət edən həmin məktəbin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bunu H.Əlizadə "Facebook"da yazıb. 

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir.

H.Əlizadə deyib ki, şikayətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gedib: “Bir xeyli qapıda gözlədikdən sonra nəhayət, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək”.

Xatırladaq ki, direktor Z.Cavadov rəhbərlik etdiyi məktəbin müəllimi H.Əlizadə barədə polisə şikayət edib. O, buna səbəb olaraq müəllimin məktəb şagirdlərini icazəsiz Bakıya ekskursiya gətirməsini göstərib. 

Son xəbərlər

Orphus sistemi