Yuxarı

Lənkəranda Botanika bağının yaradılması nəzərdə tutulur

Gürcüstan və Türkiyənin bir neçə elmi tədqiqat institutları ilə araşdırmaların aparılmasına dair niyyət protokolu imzalanacaq

Bakı. 17 fevral. REPORT.AZ/ "AMEA-nın müvafiq institutları ilə bölgədə herantoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Bundan əlavə, Lənkəranda Botanika bağının yaradılması, Lənkəran subtropik bölgəsində subtropik bitkiçilik, bəzək bağçılığı, gülçülük ixtisasları üzrə ali təhsilli mütəxəssis-texnoloqların hazırlanması da vacib məsələlərdən biridir". "Report"un məlumatına görə, bunu AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev akademiyanın Rəyasət Heyətinin iclasında deyib.

Mərkəzin direktoru eyni zamanda Gürcüstan və Türkiyənin bir neçə elmi tədqiqat institutları ilə araşdırmaların aparılmasına dair niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğunu vurğulayıb.

O qeyd edib ki, mərkəzin gələcək fəaliyyəti dövründə respublikanın, xüsusilə bölgənin elmi tədqiqat müəssisələri ilə aparılacaq birgə tədqiqatlara dair əməkdaşlıq müqavilələri hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi