Yuxarı
    Bağlamaq

    ​Lənkəran Dövlət Universiteti və ATU-da monitorinqlər keçirilib

    150 tələbəyə mühazirə oxunub

    Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkəran Dövlət Universiteti və Azərbaycan Tibb Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqini aparıb.

    Bu barədə məlumat "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) verilib.

    Əyyub Kərimov Lənkəran Dövlət Universitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub.

    Eyni zamanda, Əyyub Kərimov Azərbaycan Tibb Universitetinin İctimai Elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın “Multikulturalizmə giriş” fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı”(rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini aparıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi