"Könüllü-Tələbə" təqaüd proqramının bağlanış mərasimi keçirilib - FOTO

"Könüllü-Tələbə" təqaüd proqramının bağlanış mərasimi keçirilib - FOTO Qnaqlara gənclərin ifasında canlı musiqi proqramı təqdim olunub
Elm və təhsil
8 Fevral , 2018 13:14
Könüllü-Tələbə təqaüd proqramının bağlanış mərasimi keçirilib - FOTO
Report/ Elchin Murad

Bakı. 8 fevral. REPORT.AZ/ YARAT Müasir İncəsənət Məkanında "Könüllü-Tələbə" təqaüd proqramının bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir "Gəncsən? Başla!" şəxsi inkişaf kitabının təqdimat mərasiminin video-hesabatı ilə başlayıb.

Mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, kitabın müəllifi, doktor, dosent Nadir Adilov və bir sıra rəsmilər iştirak ediblər.

Fuad Muradov bildirib ki, gənclərin kitabdan danışması sevindirici haldır: "Çox şadam ki, bir çox təşkilatlar bu layihəni dəstəkləyirlər. Biz həm qədim, həm də müasir ölkəyik. Gənclər bunu qoruyub saxlamalıdır".

Daha sonra təqaüd proqramının qaliblərinə mükafatlar verilib.

Sonda qonaqlara gənclərin ifasında canlı musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, aksiyanın əsas məqsədi gənclər üçün pozitiv məşğuliyyət aşılayan peşələrin tanıtımı olub. Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə təqaüd proqramına yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi